Ağdam Sənaye Parkının 74 hektarı minalardan təmizlənib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 29 noyabr 2021 14:39 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi dirçəliş başlayıb və hazırda Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyəti üçün işgüzar mühit yaradılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, artıq parka ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR