Aİ benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədir

Aİ benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədir
# 10 iyul 2021 15:00 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələri elektrik avtomobillərin xeyrinə, benzinlə işləyən avtomobillərdən tamamilə imtina etmək niyyətindədirlər.

APA-Economics” “Bloomberg”ə istinadən xəbər verir ki, Avropa Komissiyası, builki səviyyəyə nisbətən yeni avtomobillərdən çıxan tullantıların 2030-cu ildə 65%, 2035-ci ildə 100% azaldılmasını tələb olaraq irəli sürmək niyyətindədir. Burada minik avtomobillərinə xüsusi diqqət ayırmaq planlaşdırılır. Belə ki, Aİ-nin bütün karbon tullntıların təxminən 12% -ni məhz minik avtomobillərinin payına düşür. 2030-cu ilədək bü göstəricini 37,5%-ə catdırılması hədəflənir.

Avtomobil istehsalşıları, onilliyin sonuna bütün istehsal etdikləri avtomobillərin demək olar ki, böyük əksəriyyəti və ya hamısı batareya ilə işləyəcəklərini bəyan ediblər.
Avropanın ən böyük istehsalçısı “Volkswagen”, satışların 70%-nin 2030-cu ildən etibarən elektrikli avtomobillərdən əldə ediləcəyini gözləyir, “Renault” isə avtomobillərinin 90%-ni ekoloji cəhətdən təmiz etmək niyyətindədir. Öz növbəsində, “Ford Motor” yalnız elektrikli avtomobillər istehsal edəcəyini bildirib.

Elektrikli avtomobillərin kütləvi tətbiqi üçün Avropa Komissiyası Aİ ölkələrinin hökumətlərini əsas magistral yollarda hər 60 kilometrdən bir şarj stansiyalarının quraşdırılmasını tələb olaraq irəli sürəcək.

Təmiz nəqliyyata kütləvi keçid, Aİ-nin gələn həftə açıqlayacağı iqlim hədəflərinə çatmaq üçün tədbirlər paketinin bir hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR