Aİ-də III rübdə satılan hər beş avtomobildən biri elektromobil olub

Aİ-də III rübdə satılan hər beş avtomobildən biri elektromobil olub
# 22 oktyabr 2021 17:44 (UTC +04:00)

Bu ilin III rübündə Avropa İttifaqında (Aİ) satılan təxminən hər beş avtomobildən biri elektrikləşdirilmiş model olub, ənənəvi yanacaqla işləyən avtomobillərin satışı isə kəskin azalıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" Avropa Avtomobil İstehsalçıları Assosiasiyasına (ACEA) istinadən yazır.

Qeyd olunub ki, Aİ-də akkumulyatorlu elektromobillərin və hibrid avtomobillərin satışı ümumi satışların 19%-dən az bir hissəsini təşkil edib.

Xüsusilə, akkumulyatorlu elektromobillərin satışı demək olar ki, 57% artaraq 212 mindən çox, hibrid modellərin satışı isə təxminən 43% artaraq 197 mindən çox olub.

On il əvvəl Aİ-də dizel avtomobilləri satışların 50%-dən çoxunu təşkil edirdi, lakin son rübdə onların payı 18%-dən aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR