AMB: Pərakəndə ticarət sektorunda Biznes İnam İndeksinin azalması davam edir

AMB: Pərakəndə ticarət sektorunda Biznes İnam İndeksinin azalması davam edir
# 30 avqust 2021 16:58 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanın pərakəndə ticarət sektorunda Biznes İnam İndeksi (Bİİ) azalaraq iyuldakı 9,9 bənddən 4,9 bəndə enib. İyulda sözügedən göstərici 30,1 bənddən 9,9 bəndə qədər enmişdi.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, azalmanın əsas drayveri sektorda növbəti üç ay üçün satışlar üzrə gözləntilərin növbəti dəfə kəskin azalaraq ötən ilin avqust ayından bəri ilk dəfə mənfi zonaya enməsi olub. Növbəti üç ay üçün satışlar üzrə gözləntilərin indeksi iyuldakı 19,5 bənddən -2,3 bəndədək enib. İyulda sözügedən göstərici 43 bənddən 19,5 bəndədək azalmışdı.

Qeyd edək ki, pərakəndə ticarət sektorunun Bİİ-nə birbaşa təsir edən son üç ayın faktiki satışları iyuldan fərqli olaraq (40 bənddən 14,6 bəndədək azalma) 18,4 bəndədək artıb.

Xatırladaq ki, pərakəndə ticarət sektorunda Bİİ sonuncu dəfə iyunda 14,8 bənddən 30,1 bəndədək yüksəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR