"AmCham" gələn həftə "Ağ Sənəd"i Azərbaycan hökumətinə təqdim edəcək

Bakı

© APA | Bakı

# 03 iyun 2021 12:41 (UTC +04:00)

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") Azərbaycan üzrə növbəti "Ağ Sənəd" hazırlayıb.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, "Ağ Sənəd" iyunun 11-də Azərbaycan hökumətinə təqdim olunacaq. Təqdimetmə mərasimində rəsmi şəxslərlə yanaşı diplomatik korpusun nümayəndələri, "AmCham"ın üzvləri, eləcə də digər şirkətlər iştirak edəcəklər.

Qeyd edək ki, "Ağ Sənəd" iki ildən bir "AmCham" üzvlərinin rəyi əsasında hazırlanan, Azərbaycanda biznes mühitinin və bütövlükdə ölkəni gücləndirə biləcək dəyişikliklərə dair ümumi fikri əks etdirən sənəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR