"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının konseptual planı hazırlanıb
# 06 dekabr 2021 15:04 (UTC +04:00)

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında konseptual planı hazırlanıb və yaxın günlərdə Parkın sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və Parka ayrılan 200 hektar ərazinin bu günədək 105 hektarı (52%-i) minalardan təmizlənib.

Qeyd edək ki, Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr tarixli Fərmanı ilə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR