"Avrora" Qrup və "Berg Glucose" məktəbliləri sevindirib - FOTO - VİDEO

"Avrora" Qrup və "Berg Glucose" məktəbliləri sevindirib - FOTO  - VİDEO
# 21 sentyabr 2021 10:00 (UTC +04:00)

Bilik günü münasibəti ilə “Avrora” Qrup və şirkətə məxsus olan “Berg Glucose” brendi sosial məsuliyyət proqramına uyğun olaraq Göygöl rayonunun Keşkü kənd orta məktəbində təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib. Şirkət eyni zamanda ali məktəbə hazırlaşan yuxarı sinif şagirdlərinə fənlər üzrə testlər də hədiyyə edib.

Görüşdə çıxış edən məktəb direktoru məktəblilərə lazım olan bütün ləvazimatları təmin etdiyinə görə “Berg Glucose” və “Avrora Qrup”a öz təşəkkürünü bildirib. “Avrora” şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, “Avrora” şirkəti 2021-ci ilin “Korporativ sosial məsuliyyət proqramı”nda uşaqlara xüsusi yer ayırıb. İl ərzində keçirilən sosial layihələrin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

© APA | "Avrora Qrup" məktəbliləri sevindirib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR