Avstriya şirkətlərinin Qarabağa biznes missiyası təşkil olunacaq

Avstriya şirkətlərinin Qarabağa biznes missiyası təşkil olunacaq
# 24 noyabr 2021 11:20 (UTC +04:00)

Gələn ilin aprel-may aylarında Avstriya şirkətlərinin Qarabağa biznes missiyasının təşkili planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avstriya İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georq Karabaczek deyib.

Onun sözlərinə görə, Avstriya şirkətlərinin Qarabağda icra olunan layihələrdə iştirakına böyük maraq var: "Bundan sonrakı missiyamızı biz Qarabağa planlaşdırırıq. Layihələrlə tanış olub, orada iştirak imkanlarımızı qiymətləndirib, müvafiq addımlar atacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR