Azərbaycan AİİB-lə "yaşıl" və "ağıllı" konsepsiyaların tətbiqində tərəfdaşlığı müzakirə edib - FOTO

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 26 oktyabr 2021 17:50 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının Müdirlər Şurasının 6-cı İllik Toplantısında iştirak edib.

APA-Economics”in məlumatına görə, bu barədə nazir “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə 2030-cu ilədək müəyyən edilən hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.

“İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir”, - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR