Azərbaycan bu il 156 mindən çox velosiped idxal edib

Azərbaycan bu il 156 mindən çox velosiped idxal edib
# 20 avqust 2021 17:55 (UTC +04:00)

Azərbaycan bu il 5,959 mln. ABŞ dolları dəyərində (10,130 mln. manat) 156 566 vahid mühərriksiz velosiped idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 39,1%, dəyər ifadəsində isə 58,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın idxal etdiyi velosipedlərin demək olar ki, hamısı (99,5%-i) Çindən tədarük olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR