Azərbaycan çex şirkətləri ilə "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri üzrə əməkdaşlıq edə bilər

Azərbaycan çex şirkətləri ilə "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələri üzrə əməkdaşlıq edə bilər
# 01 oktyabr 2021 10:07 (UTC +04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Mikayıl Cabbarov Azərbaycan Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu, ticarət əlaqələrinin inkişafında “CzechTrade”in Bakı ofisinin uğurlu fəaliyyətini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı. avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.
Görüşdə yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, Çexiya şirkətləri azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.
Çexiyanın xarici işlər naziri Yakub Kulhanek ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını, strateji tərəfdaş olduğunubildirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticarət əməkdaşlığının və investisiya layihələri üzrə tərəfdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR