Azərbaycan əhalisi televizor alışını bu il kəskin artırıb

Azərbaycan əhalisi televizor alışını bu il kəskin artırıb
# 01 sentyabr 2021 12:47 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 26,353 mln. manat dəyərində televizorlar alıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 47,1% çoxdur.

Qeyd edək ki, təkcə cari ilin II rübündə əhali televizorlara 12,202 mln. manat xərcləyib ki, bu da illik müqayisədə 69,8% çox olsa da, rüblük müqayisədə isə 13,8% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR