Azərbaycan gürcü şərabının idxalını artırıb

Azərbaycan gürcü şərabının idxalını artırıb
# 19 may 2021 13:45 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycana 274,7 min ABŞ dolları dəyərində 73,9 ton üzüm şərabı ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 141,6 min dollar və ya 2,1 dəfə, həcmi isə 2,4 dəfə və ya 42,6 ton artıb. Belə ki, ötən ilin ilk dörd ayı ərzində Gürcüstan Azərbaycana 133,1 min dollar dəyərində 31,3 ton üzüm şərabı ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR