Azərbaycan gürcü şərabının idxalını kəskin artırıb

Azərbaycan gürcü şərabının idxalını kəskin artırıb
# 08 iyun 2021 11:39 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Gürcüstanın şərab ixracının həcmi illik ifadədə 15% artaraq 36,4 mln. şüşə (0,75 litrlik) təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyinin hesabatında qeyd olunub.

Bildirilir ki, hesabat dövründə Gürcüstan 55 ölkəyə 82,4 mln. ABŞ dolları dəyərində şərab ixrac edib ki, bu da illik ifadədə 8% çoxdur.

Cari ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana şərab ixracının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 41% artaraq 115 247 şüşə təşkil edib. Hesabat dövründə Gürcüstan ən çox Rusiyaya şərab ixrac edib – 22 421 656 şüşə. Bu, əvvəlki illə müqayisədə 17% çoxdur.

Gürcüstanın hesabat dövründə şərab və digər spirtli içkilər ixracında 270 şirkət iştirak edib. Yanvar-may ayları ərzində Gürcüstan ümumilikdə 130 mln. dollar dəyərində spirtli içkilər ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR