Azərbaycan Həştərxanla əməkdaşlığı genişləndirir - FOTO

İqor Babuşkin və Mikayıl Cabbarov

© APA | İqor Babuşkin və Mikayıl Cabbarov

# 07 dekabr 2021 15:44 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə qarşılıqlı iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə edib.

APA-Economics” xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında yazıb.

M. Cabbarov qeyd edib ki, görüş çərçivəsində Azərbaycan Hökuməti ilə Rusiya Federasiyasının Həştərxan vilayəti Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR