“Azərbaycan İnvestisiya Şirkəti” indiyədək iqtisadiyyata 220 mln. manatdan çox sərmayə yatırıb

“Azərbaycan İnvestisiya Şirkəti” indiyədək iqtisadiyyata 220 mln. manatdan çox sərmayə yatırıb
# 04 oktyabr 2021 11:54 (UTC +04:00)

“Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən bu günədək ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 220 mln. manatdan çox investisiya qoyuluşu həyata keçirilib.

APA-Economics”-in xəbərinə görə, bunu Azərbaycan-Yaponiya investisiya forumunda çıxış edən "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev deyib.

Onun sözlərinə görə, əsas prioritet sahələr kənd təsərrüfatı, ağır sənaye, qida sənayesi və emal sektorunda təmsil olunan layihələrdir.

“Şirkət yerli və xarici tərəfdaşlarla bəlli bir müddət ərzində tərəfdaşlıq həyata keçirir. Hədəfimiz investisiya qoyduğumuz layihələrin dəyərlərini artırmaqla ölkə iqtisadiyyatının mövqeni daha da möhkəmləndirməkdən ibarətdir. Bu baxımdan ölkəyə investisiya cəlb olunması üçün zəruri şərtlər yaradılıb və ildən ilə daha da təkmilləşdirilir”, - M. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR