Azərbaycan Kursk vilayətindən ət məhsulları idxal edən əsas ölkələr sırasına daxil olub

Azərbaycan Kursk vilayətindən ət məhsulları idxal edən əsas ölkələr sırasına daxil olub
# 09 sentyabr 2021 13:05 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Rusiyanın Kursk vilayətindən heyvan mənşəli məhsullar idxal edən əsas ölkələr sırasına daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsi ("Rosselxoznadzor”) məlumat yayıb.

İxrac olunan yüklərin böyük hissəsini ət və ət məhsulları təşkil edib. Belə ki, Vyetnam, Ukrayna, Honkonq, Azərbaycan, Serbiya, Rumıniya və Belarusa 10 min tondan çox ət məhsulları göndərilib.

Bundan əlavə bu ilin yanvar-avqust aylarında, Kursk müəssisələri 5 min ton dənəvər pulpa, 5 828 ton heyvan mənşəli xammal, 2 180 ton süd məhsulları və bir partiya baytarlıq preparatları ixrac ediblər. Bu malların alıcıları Avropa İttifaqı ölkələri, Ukrayna, Vyetnam, Honkonq, Çin, Tayvan, Azərbaycan, Tacikistan, Serbiya, Slovakiya, Rumıniya və Avrasiya İqtisadi Birliyi ölkələri olub.

Ümumilikdə, cari ilin ilk 8 ayı ərzində Kursk vilayəti ərazisindən ixrac üçün 1 227 partiya heyvan məhsulları, habelə ümumi çəkisi 32 min tondan çox olan yem və yem qatqıları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR