Azərbaycan məhsulları Çində sərgidə nümayiş etdirilir

Azərbaycan məhsulları Çində sərgidə nümayiş etdirilir
# 24 avqust 2021 17:54 (UTC +04:00)

Avqustun 25-də Çin Xalq Respublikasının Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq, bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan “fəxri qonaq” statusunda iştirak edir.

Tədbirdə ölkənin Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində 25 Azərbaycan şirkəti 200-dən çox çeşiddə məhsulla təmsil olunur. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalçalar da nümayiş edilir, ölkənin biznes və investisiya mühiti, tranzit-nəqliyyat potensialı və turizm imkanları təqdim olunur.

Sərgi avqustun 29-dək davam edəcək. Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR