Azərbaycan qızıl ixracını kəskin artırıb

Azərbaycan qızıl ixracını kəskin artırıb
# 01 iyul 2021 11:22 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 87,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 64,7 mln. dollar təşkil edib. Göründüyü kimi, qızılın ixracı bu il 82,8% artıb.

Təkcə may ayında isə Azərbaycan 22,8 mln. dollarlıq qızıl ixrac edib ki, bu da aprel ayının göstəricisindən 7,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR