Azərbaycan-Rusiya sərhədindən malların keçirilməsi sürətləndiriləcək 

Azərbaycan-Rusiya sərhədindən malların keçirilməsi sürətləndiriləcək 
# 03 dekabr 2021 10:33 (UTC +04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya-Azərbaycan sərhədindən (Yaraq-Kazmalyar keçid məntəqəsi) malların keçirilməsini sürətləndirmək üçün tədbirlər hazırlayıb.

"APA-Economics" "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, iki ölkənin səlahiyyətli orqanları nəzarət-buraxılış məntəqəsinin yenidən qurulmasını nəzərə alaraq, nəqliyyat vasitələrinin keçməsi üçün tələb olunan orta gündəlik tarifi razılaşdırıblar.

Tərəflər AQTA-nın fitosanitar sertifikatlarının verilməsinə vahid yanaşma və bu sənədlərin Rusiya Federal Gömrük Xidməti tərəfindən sənədli yoxlanılması barədə razılığa gəliblər.

Azərbaycan tərəfi "Viaduk" MMC-nin müvəqqəti saxlanc anbarında nəzarətə götürülən mallara münasibətdə karantin fitosanitar nəzarətinin sürətləndirilməsində maraqlı olduğunu bildirib.

Rusiya tərəfi meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyünü xatırladıb və qeyd edib ki, bu cür malların daşınma qabiliyyəti avtomobil yolu ilə gətirildiyindən xeyli yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR