Azərbaycan sahibkarları üçün virtual sərgi zalı yaradılacaq

Azərbaycan sahibkarları üçün virtual sərgi zalı yaradılacaq
# 30 noyabr 2021 16:40 (UTC +04:00)

Azərbaycanda istehsal olunan məhsullar üçün virtual reallıq (VR) texnologiyasından istifadə etməklə rəqəmsal sərgi zalı yaradılacaq.

APA-Economics”in məlumatına görə, layihənin icrasına dair Azexport.az portalının rəhbəri Ayxan Qədəşovla Türkiyənin Tradevalley portalının qurucusu Yusuf Yenitürkoğulları arasında anlaşma memorandumu imzalanıb.

Sənədə uyğun olaraq tərəflər e-ticarət haqqında mütəmadi olaraq məlumat mübadiləsi aparacaq, “Tradevalley” portalında “Azexport.az” portalına xüsusi panel ayrılacaq, Azexport.az üzvlərinin Tradevalley portalının imkanlarından 6 ay müddətində ödənişsiz istifadə imkanı yaradılacaq, həmçinin hər iki ölkədə e-ticarət, e-logistika, e-gömrük və digər xidmətlərin inkişafına dair konfranslar, seminarlar və mühazirələr təşkil olunacaq.

Virtual Reallıq texnologiyası vasitəsilə yaradılacaq sərgidə məhsul yerləşdirməkdə maraqlı olan sahibkarlar müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR