Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadi forumunda təmsil olunub - FOTO

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının iqtisadi forumunda təmsil olunub - FOTO
# 24 iyun 2021 13:23 (UTC +04:00)

Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Rəqəmsal iqtisadiyyat, elektron ticarət və innovasiya sahələrində əməkdaşlığın artırılması” mövzusunda 1-ci İqtisadi Forumu keçirilib.

Azərbaycan İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı Forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumda ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Forumun ilk günü plenar iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, insan kapitalının inkişafı, Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir müavini tədbir çərçivəsində həmçinin, bir sıra görüşlər keçirib, görüşlərdə ikitərəfli iqtisadi-ticarət əlaqələri müzakirə edilib.

Forum çərçivəsində keçirilən tematik sessiyada elektron hökumət sisteminin tətbiqi və dövlət xidmətlərinin elektron formatda göstərilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı əməkdaşlıq, elektron ticarətin üstünlüklərinin təşviqi məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR