Azərbaycan şəkər ixracını kəskin artırıb

Azərbaycan şəkər ixracını kəskin artırıb
# 18 may 2021 09:35 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 25 985,70 ton şəkər ixrac edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfəyədək çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin ilk dörd ayında ölkədən 13 366,31 min ABŞ dolları dəyərində şəkər ixrac olunub, bu da illik ifadədə 3 dəfəyədək çoxdur.

Cari ilin yanvar-aprel aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,21%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,92%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR