Azərbaycan Yaponiya şirkəti ilə birgə layihələr hazırlayacaq - FOTO

Azərbaycan-Yaponiya investisiya forumu

© APA | Azərbaycan-Yaponiya investisiya forumu

# 04 oktyabr 2021 10:55 (UTC +04:00)

Bu gün Bakıda keçirilən Azərbaycan-Yaponiya investisiya forumu çərçivəsində Yaponiyanın "TET International Development" şirkəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

"APA-Economics" xəbər verir ki, sənədi ASK-ın Prezidenti Məmməd Musayev və "TET International Development" şirkətinin Prezidenti Taro Savada imzalayıblar. Sənəd birgə layihələrin hazırlanmasını, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyən edilməsini, Yaponiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasını və Azərbaycanın iqtisadiyyatının müxtəlif sektorlarına əlavə investisiyasının cəlb edilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR