Azərbaycana bu il 70 mln. dollara yaxın geyim əşyaları idxal edilib

Azərbaycana bu il 70 mln. dollara yaxın geyim əşyaları idxal edilib
# 17 may 2021 17:55 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 69,152 mln. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% artıb.

Təkcə bu ilin aprel ayında 18,300 mln. dollar dəyərində geyim əşyaları idxal edilib ki, bu da mart ayı ilə müqayisədə 20,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR