Azərbaycana mebel idxalı 25%-dən çox artıb

Azərbaycana mebel idxalı 25%-dən çox artıb
# 20 avqust 2021 17:11 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 52 538,32 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin yeddi ayında Azərbaycanın idxal etdiyi mebel məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artıb.

Bu ilin iyun ayı ilə müqayisədə isə iyulda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 4,8% azalıb. İyul ayında ölkəyə 9 195,05 min dollar dəyərində mebel məhsulları idxal olunub.

Qeyd edək ki, cari ilin yeddi ayında bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0,83%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR