Azərbaycanda balıqçılıq təsərrüfatların qeydiyyatının sadələşdirilməsinə dair təkliflər hazırlanıb

Azərbaycanda balıqçılıq təsərrüfatların qeydiyyatının sadələşdirilməsinə dair təkliflər hazırlanıb
# 24 avqust 2021 13:35 (UTC +04:00)

sadələşdirilməsinə dair təkliflər hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) təqdim olunub. Bunu "APA-Economics"ə "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən balıqçılıq təsərrüfatların qeydiyyata alınmasına səlahiyyətli orqan ETSN müəyyən edilib: “Hazırkı mövcud qeydiyyat formasının olduqca qəliz olması, təsərrüfatlar tərəfindən onu doldurub təqdim edilməsini mümkünsüz edir. Nazirliyə ünvanlanan müraciətdə, mövcud qeydiyyat formasının hər bəndinə dair ətraflı izahatlar verilib. Sonda bir sadələşdirilmiş forma da təqdim edilib. Təkliflərimizi təqdim etsək də, hələ də cavab almamışıq. Bu səbəbdən bu gün quruma növbəti dəfə müraciət ünvanlanacaq ki, sorğumuza cavab verilsin”.

Assosiasiya rəhbəri ölkədə balıqçılıq üzrə statistik məlumatların toplanmasında vəziyyətin qənaətbəxş və bu sahədə reallığı əks etdirən rəqəmlərin olmadığını qeyd edərək vurğulayıb ki, bu problemin həlli istiqamətində ən önəmli addımlardan biri məhz təsərrüfatların qeydiyyatlarının sadələşdirməkdir: “Prosedur maksimum sadələşdirilməlidir ki, sahibkarlar qeydiyyatdan qaçmasınlar, hamı rahat qeydiyyatdan keçsin, ümumi elektron baza yaradılsın, bu bazada təsərrüfatlar bölgələr üzrə bölünsün, onlar tərəfindən yetişdiriləcək balıqlar müəyyən olunsun və s. Belə olduğu təqdirdə qısa zamanda sahə üzrə düzgün idarəetmə sistemi tətbiq edilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR