Azərbaycanda bu il 14 mln. tibbi maska istehsal olunub

Azərbaycanda bu il 14 mln. tibbi maska istehsal olunub
# 15 iyul 2021 12:38 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,9 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 4 dəfə çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Təkcə iyun ayında ölkədə 1,5 mln. ədəd maska istehsal olunub ki, bu da may ayı ilə müqayisədə 42,3% azdır.

Qeyd edək ki, iyulun 1-nə ölkədə hazır maska ehtiyatı 2,5 mln. ədəd təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR