Azərbaycanda bu il 205 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda bu il 205 dövlət əmlakı özəlləşdirilib
# 17 noyabr 2021 13:54 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında 51 hərrac keçirilib və 205 dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirilən əmlaklardan 33-ü kiçik dövlət müəssisə və obyekti, 17-si səhmdar cəmiyyəti, 3-ü yarımçıq tikili, 152-si isə nəqliyyat vasitəsidir.

23 noyabr tarixində keçiriləcək növbəti hərraca 18 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi, 54 nəqliyyat vasitəsi çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR