Azərbaycanda bu il investisiya layihələrinə 37 mln. manatadək güzəştli kreditlər verilib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 16 iyul 2021 15:47 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36,6 mln. manat güzəştli kredit verilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, verilən kreditlər hesabına investisiya layihələri üzrə 1009 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

"Bu müddət ərzində verilən kreditlərin 97,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58,2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28,1%-i sənaye məhsullarının istehsalı və emalı, 13,7%-i digər sahələrə verilib", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR