Azərbaycanda bu il keçirilən hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib

Azərbaycanda bu il keçirilən hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib
# 08 dekabr 2021 14:46 (UTC +04:00)

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac keçirilib. Hərracda Xızı rayonunda yerləşən “Sitalçay” qum-çınqıl yatağının, “Yeni Yaşma I” qum yatağının müvafiq olaraq 76 hektar və 5,5 hektar sahəsi, Ağsu rayonunun “Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi, Göygöl rayonunun “Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi, Salyan rayonunun “Salyan” gil yatağının 5 hektar sahəsi istifadəyə verilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Sitalçay” qum-çınqıl yatağının LOT-2 və LOT-3 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 42 000 manat olan LOT-2 üzrə edilən son təklif 65 700 manat olub. Bununla yanaşı, başlanğıc qiyməti 42 000 manat olan LOT-3 üzrə edilən ən son təklif 65 800 manatadək yüksəlib.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 9, 14 və 24 dekabr tarixlərində keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10%-i miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

"Yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib", - nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR