Azərbaycanda dekabrda iki özəlləşdirmə hərracı keçiriləcək

Azərbaycanda dekabrda iki özəlləşdirmə hərracı keçiriləcək
# 01 dekabr 2021 12:23 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 21 dekabr və 28 dekabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, dekabrın 21-i keçiriləcək hərraca 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmi, 28 dekabrda təşkil olunacaq hərraca isə 18 kiçik dövlət müəssisəsi və 1 yarımçıq tikili çıxarılacaq.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Bakavtoservis”, “Zaqatala Fındıq”, “Salyan broyler” və digər səhmdar cəmiyyətləri aiddir. Özəlləşdirməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı – https://bit.ly/3oQSGdk.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR