Azərbaycanda ƏDV ödəyicilərinin sayı 15%-dən çox artıb

Azərbaycanda ƏDV ödəyicilərinin sayı 15%-dən çox artıb
# 12 noyabr 2021 17:38 (UTC +04:00)

Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2% artaraq 654 465 təşkil edib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 15,6% artıb və 33 700-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9% artaraq 180 292-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR