Azərbaycanda fərdi sahibkarların sayı açıqlanıb

Azərbaycanda fərdi sahibkarların sayı açıqlanıb
# 17 iyul 2021 15:13 (UTC +04:00)

Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,1 mln. keçib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

İyulun 1-nə ölkədə qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 114 700 təşkil edib.

"Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Nəqliyyat və anbar təsərrüfatı" və "Digər sahələrdə xidmətlərin göstərilməsi" sahələri üzrə qeydiyyatdan keçib", - hesabatda deyilir.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9%), Lənkəran-Astara (9,8%), Qazax-Tovuz (7,5%) və Mərkəzi Aran (6,8%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,7%-ni kişilər, 21,3%-ni isə qadınlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR