Azərbaycanda ictimai iaşə dövriyyəsi 34%-dək azalıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 34%-dək azalıb
# 19 may 2021 17:27 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,5% azalaraq 205,2 mln. manat olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 53,5%-i hüquqi şəxslərin, 46,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 28,4% azalaraq 94,2 mln. manat olub.

Qeyd edək ki, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər, həmçinin Azərbaycan ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR