Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
# 19 may 2021 17:48 (UTC +04:00)

Bu ilin mayın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 264,2 min nəfər olub, onlardan 4 898,7 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,28% artıb, məşğul əhalinin sayı isə 0,02% azalıb.

Cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 679,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 915,3 min nəfər, qeyri-dövlət sektorunda isə 764,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 33 min nəfər, qeyri neft-qaz sektorunda isə 1646,7 min nəfər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR