Azərbaycanda kompüter avadanlıqlarının satışı iyulda 4%-dək artıb

Azərbaycanda kompüter avadanlıqlarının satışı iyulda 4%-dək artıb
# 23 avqust 2021 14:04 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 193,9 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 19,6% və ya 31,8 mln. manat çoxdur.

Cari ilin iyul ayında satışların həcmi iyun ayı ilə müqayisədə 3,8% və ya 1,6 mln. manat artaraq 44 mln. təşkil edib.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR