Azərbaycanda kompüter satışları iyunda kəskin artıb

Azərbaycanda kompüter satışları iyunda kəskin artıb
# 15 iyul 2021 11:33 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 149,9 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,2% və ya 11,4 mln. manat çoxdur.

Cari ilin iyun ayında satışların həcmi may ayı ilə müqayisədə 2 dəfədən çox və ya 21,8 mln. manat artaraq 42,4 mln. təşkil edib.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisi ilə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR