Azərbaycanda kompüter satışları oktyabrda 4% azalıb

Azərbaycanda kompüter satışları oktyabrda 4% azalıb
# 12 noyabr 2021 13:20 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 321,2 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 29,2% və ya 72,6 mln. manat çoxdur.

Cari ilin oktyabr ayında satışların həcmi sentyabr ayı ilə müqayisədə 4% və ya 1,8 mln. manat azalaraq 43,5 mln. təşkil edib.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,9%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR