Azərbaycanda kreditorlar üçün xüsusi platforma yaradılıb

Cəlal Rayi

© APA | Cəlal Rayi

# 29 oktyabr 2021 10:44 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycanda bankların ləğvetmə prosesinin effektiv həyata keçirilməsi məqsədilə kreditorlar üçün xüsusi platforma yaradıb.

"APA-Economics" xəbər verir ki, bu platforma Fond tərəfindən mütəmadi olaraq kreditorların müvafiq məlumatlarla təmin edilməsinə səbəb olacaq.

ADIF-in Risklərin İdarə Edilməsi, Təhlili və İnvestisiya departamentinin direktoru Cəlal Rayi platformanın təqdimatında çıxış edərkən bildirib ki, portalda olan məlumatlar rüblük əsasında yenilənəcək.

"Bunun da səbəbi odur ki, ləğv prosesində olan bankların məhkəmələrlə bağlı digər planları hazırlanır və buna müvafiq olaraq rüblük əsasda portalda kreditorlar məlumatlandırılacaq", - deyə C. Rayi qeyd edib.

Eyni zamanda, portalda dinamik məlumatlar da təqdim olunacaq.

"Bunlar ləğv etmənin mərhələsi, yəni növbəlilik üzrə hansı ödənişlərin aparılması, tələb üzrə, rüb ərzində müvafiq ləğv prosesində olan bankın satılan əmlakının sayı, məbləği, kredit portfeli üzrə yığımları və əmanətçilərə rüb ərzində ödənilən kompensasiyaların məbləği, əmanətçilərin sayı və s.", - deyə C. Rayi qeyd edib.

O həmçinin əlavə edib ki, portalın istifadəyə verilməsi son sınaq mərhələsindədir və yekun testlər aparılır. Cari ilin sonunadək yekun olaraq bütün ləğv prosesində olan banklar sistemə inteqrasiya olduqdan sonra, kreditorların istifadəsinə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR