Azərbaycanda məşğuluq 2% artıb

Azərbaycanda məşğuluq 2% artıb
# 19 oktyabr 2021 14:15 (UTC +04:00)

Bu ilin oktyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 298,7 min nəfər olub, onlardan 4 978,3 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 0,94%, məşğul əhalinin sayı isə 1,9% artıb.

Cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1684,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 900,6 min nəfər, qeyri-dövlət sektorunda isə 784,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 653,1 min nəfər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR