Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O əlavə edib ki, bunlardan 4 497-nə (82,3%) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.
"Təsdiqlənən subsidiyanın məbləği 57 mln. manatdır", - nazir qeyd edib.