Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə ayrılan subsidiyanın məbləği açıqlanıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 07 iyul 2021 15:47 (UTC +04:00)

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bunlardan 4 497-nə (82,3%) subsidiyanın verilməsi barədə müsbət qərar qəbul edilib.

"Təsdiqlənən subsidiyanın məbləği 57 mln. manatdır", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR