Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinə dair ilkin hesabat hazırlanıb

Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinə dair ilkin hesabat hazırlanıb
# 26 avqust 2021 09:59 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı"nın monitorinq və qiymətləndirməsinə dair ilkin hesabatı hazırlayıb.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, hazırda hesabat icraçı qurumların nümayəndələri ilə müzakirə olunur.


Qeyd edək ki, Tədbirlər Planı, plastik qablaşdırma məhsullarından kütləvi istifadənin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı tədbirlərin icrası məqsədilə hazırlanıb. Tədbirlər Planında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması hədəflənib.


Bu məqsədlə, plastik qablaşdırma tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, əlavə xammal bazarının formalaşdırılması, alternativ qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsi, təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli mühitin yaradılması, toplanma və emal sisteminin maliyyələşdirilməsi mənbələrinin formalaşdırılması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, təkrar emal bazarının möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR