Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli təkliflər hazırlanır

Sahib Ələkbərov

© APA | Sahib Ələkbərov

# 06 dekabr 2021 11:37 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub.

APA-Economics” xəbər verir ki, bunu “İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları” mövzusunda Şamaxı rayonunda təşkil olunan konfransda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, müraciətlərin təxminən üçdə biri xarici, üçdə ikisi isə yerli şirkət və sahibkarlardandır.

“İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil olunur. İnnovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə müvafiq təkliflər hazırlanır”, - deyə S. Ələkbərov.

Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması (dövlət zəmanəti ilə bank kreditlərinin verilməsi) kimi dəstək tədbirləri əksini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR