Azərbaycanda son 15 ayda 5 mindən çox KOB 1,4 mlrd. manat dəyərində kredit üçün müraciət edib

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 23 sentyabr 2021 12:01 (UTC +04:00)

Son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes (KOB) tərəfindən 1,4 mlrd. manat dəyərində kredit müraciətləri daxil olub.

"APA-Economics" xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatın təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Elektron Kredit Platforması üzərindən 1 900-dən çox müraciət üzrə 423 mln. manat məbləğində güzəştli kreditin verilməsi təsdiqlənib.

"Hazırda bizneslər dövlət siyasətinə, konkret olaraq bu dəstək mexanizmlərinə reaksiya verib və çox müsbət tərzdə cavab alıb. Biz illik 3,4% ÜDM artımını proeksiya etmişik. Bizim beynəlxalq partnyorlar bizimlə razılaşmırdı. Deyirdilər, 1,7% olacaq. Biz indi proeksiya edirik ki, bu göstərici 4%-dək olacaq. Onlar hələ də fərqli düşünürlər", - deyə M. Cabbarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR