Azərbaycanda sosial sığorta üzrə büdcə daxilolmaları 8%-dək artıb

Azərbaycanda sosial sığorta üzrə büdcə daxilolmaları 8%-dək artıb
# 14 oktyabr 2021 10:13 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 789,6 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 253,7 mln. manat artıq yerinə yetirilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% artaraq 1 771,5 mln. manat təşkil edib, proqnoz 112,8% icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artaraq 95,9 mln. manat olub, proqnoz 108,9% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3% artaraq 70,7 mln. manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5% yerinə yetirilib.

Bu ilin oktyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749 569 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 209 647 müqavilə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR