Azərbaycanda vergi inzibatçılığında nöqsanların aradan qaldırılmasına dair layihəyə başlanılıb

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 16 sentyabr 2021 12:34 (UTC +04:00)

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində aparılan təhlillər göstərir ki, vergi ödəyiciləri, xüsusilə də xidmət və ticarət sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarların gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğun aparılmaması, bəyannamələrin düzgün tərtib edilməməsi və s. nəticəsində kameral qaydada vergilər hesablanır və bu vergi ödəyicilərinin narazılığına səbəb olur”.

APA-Economics” xəbər verir ki, bu barədə Auditorlar Palatasının 25 illik yubileyinə həsr olunan beynəlxalq elmi-praktiki konfransdakı çıxış edərkən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu, həmin kateqoriyadan olan sahibkarların müvafiq sahədə bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını göstərir.

“Bu hal KOB subyektlərinin hesabat prosesinə professional mühasiblərin və auditorların cəlb etmək imkanlarının olmaması və hesabatları özləri tərəfindən təqdim etmək istəyindən qaynaqlanır. Belə halda sahibkarlara dəstək göstərilməli, eyni zamanda uçot və hesabat formaları daha da sadələşdirilməlidir”, - deyə O. Məmmədov qeyd edib.

O həmçinin əlavə edib ki, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən vergi inzibatçılığı, vergi hesabatların hazırlanması və digər aidiyyəti sahələrdə yol verilən nöqsanların aradan qaldırılması üçün KOBİA və DVX birgə layihəyə start verib. Layihə çərçivəsində nöqsanların müşahidə olunduğu fəaliyyət istiqamətləri üzrə sahibkarlar təsnifatlaşdırılaraq KOB inkişaf mərkəzlərinin təlimlərinə cəlb olunacaq. Həmçinin, Agentlik KOB subyektləri üçün uçot və hesabatlığın daha da sadələşdirilməsinə dair təkliflərin hazırlanması istiqamətində aidiyyəti qurumlarla birgə əməkdaşlığa və koordinasiyalı işlərin həyata keçirilməsinə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR