Azərbaycanda xarici investisiyalı kommersiya qurumlarının sayı 7,2% artıb

Azərbaycanda xarici investisiyalı kommersiya qurumlarının sayı 7,2% artıb
# 21 iyun 2021 14:18 (UTC +04:00)

Bu ilin iyunun 1-dək 16 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bunlardan 10 787-nin fəaliyyəti aktivdir, 4 472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib.

Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2%-i xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti və kooperativ, 2,6%-i isə digər təşkilati-hüquqi formalardadır.

Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçən 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29%-i ticarət, 27%-i xidmət, 13,1%-i tikinti, 30,9%-i digər sahədə fəaliyyət göstərir.

Bu ilin may ayında dövlət qeydiyyatına alınan hüquqi şəxslərin 35-i Türkiyə, 7-si İran, 6-sı Pakistan, 3-ü Rusiya investisiyalı hüquqi şəxslərdir. 2021-ci il iyunun 1-nə 285 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR