Azərbaycanda xarici investisiyalı kommersiya qurumlarının sayı açıqlanıb

Azərbaycanda xarici investisiyalı kommersiya qurumlarının sayı açıqlanıb
# 07 dekabr 2021 13:42 (UTC +04:00)

Bu ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 16 732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçən 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1%-i ticarət, 26,8%-i xidmət, 12,1%-i tikinti, 10,7%-i sənaye, 4,8%-i rabitə, 12,5 %-i isə digər sahələrdə fəaliyyət göstərir.

Yanvar-noyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 723 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR